Image

Ermənistanın Rusiyadakı səfiri dəyişdirilə bilər

Ermənistanın Rusiyadakı yeni səfiri vəzifəsinə xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanın təyin oluna biləcəyi bildirilir. Bu barədə məlumatı mənbələrinə istinadən "Past" qəzeti yayıb.

Xarici İşlər Nazirliyində Avrasiya istiqamətinə rəhbərlik edən Səfəryanın hazırkı səfir Qurgen Arsenyanı əvəzləyəcəyi gözlənilir.

İddialara görə, Baş nazir Nikol Paşinyan ikitərəfli münasibətlərdəki gərginlik fonunda Arsenyanın fəaliyyətindən narazı qalıb və onun geri çağırılması barədə qərar artıq verilib. Rəsmi qurumlar məsələ ilə bağlı hələlik şərh verməyib.

Qeyd edək ki, hakim "Vətəndaş Müqaviləsi" partiyasının keçmiş deputatı olan Qurgen Arsenyan Moskvadakı diplomatik missiyaya 2024-cü ilin avqustundan rəhbərlik edir.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb