Image

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları 611 milyon manatı keçib

Bu ilin avqustun 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə kredit qoyuluşlarının ümumi həcmi illik müqayisədə 17% (88,7 milyon manat) artaraq 611,145 milyon manata çatıb.

Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə əsasən, Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşları ötən ilin eyni dövrünə nisbətən 13% (66,5 milyon manat) artaraq 576,016 milyon manat təşkil edib. Region üzrə orta faiz dərəcəsi 19,73% olub. Kreditlərin 575,830 milyon manatı milli valyutada, 186 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Şərqi Zəngəzur iqtisadi rayonunda isə kredit qoyuluşları illik müqayisədə 2,7 dəfə (22,2 milyon manat) artaraq 35,129 milyon manata çatıb. Bu region üzrə orta faiz dərəcəsi 13,62% təşkil edib; kreditlərin 26,280 milyon manatı milli valyutada, 8,849 milyon manatı isə SDV-də verilib.

Ümumilikdə, 2026-cı il avqustun 1-nə ölkənin bütün regionları üzrə cəmi kredit portfeli illik 12,6% artaraq 32,095 milyard manat təşkil edib.

Kredit qoyuluşlarının artımı azad edilmiş ərazilərdə nəqliyyat, energetika, sənaye və yaşayış məntəqələrinin bərpası istiqamətində həyata keçirilən irimiqyaslı dövlət investisiyaları və biznes aktivliyinin yüksəlməsi ilə bağlıdır.

Mənbə: anews.az

Xəbər lenti