Image

Sabah Biləsuvarın 6 kəndində qaz olmayacaq

Sabah Biləsuvar rayonunun 6 kəndində qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ağalıkənd, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Aşağı Cürəli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mənbə: anews.az

Xəbər lenti