Zelenski Çinin Ukrayna müharibəsinin başa çatmasında daha fəal rol oynayacağına ümid edir
Ukrayna Prezidenti Volodimir Zelenski Çinin Rusiya ilə müharibənin başa çatdırılmasında daha güclü diplomatik rol oynayacağına ümid etdiyini açıqlayıb.
Zelenski bu barədə Çin Prezidenti Si Cinpinin Ukraynanı Müstəqillik Günü münasibətilə təbrikindən sonra “X” hesabında paylaşım edib.
Ukrayna lideri Si Cinpinə təbrikinə görə təşəkkür edib və müstəqilliyin Ukrayna, eləcə də digər suveren dövlətlər üçün qeyd-şərtsiz dəyər olduğunu vurğulayıb.
Zelenski bildirib ki, Kiyev Çinlə münasibətlərini qarşılıqlı hörmət və xalqların dəyərlərinin tanınması əsasında inkişaf etdirib.
“Ümid edirik ki, gələcək əməkdaşlığa və Çin Rusiyanın ölkəmizə qarşı müharibəsinə son qoymaqda mühüm diplomatik rol oynayacaq. Sülh bizim ümumi nailiyyətimiz ola bilər”, - Zelenski qeyd edib.
Çin liderinin təbriki Ukraynanın Sovet İttifaqından müstəqilliyinin bərpasının 35-ci ildönümünə təsadüf edib. Ukrayna avqustun 24-də Müstəqillik Gününü qeyd edib.
Gülnar Nazimqızı
Mənbə: anews.az