Azərbaycan tarixi VII siniflərdə Azərbaycan dilində tədris olunacaq
2026-2027-ci tədris ilindən etibarən tədrisi digər dillərdə aparılan ümumi təhsil müəssisələrinin VII siniflərində “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris olunacaq. Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, yeni yanaşmanın növbəti illərdə mərhələli şəkildə yuxarı siniflərə də tətbiqi planlaşdırılır.
İndiyədək “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisi ilə bağlı analoji qayda V və VI siniflərə şamil olunurdu.
Mənbə: anews.az