Image

Azərbaycanda qəsdən adam öldürmə və öldürməyə cəhd halları 26% artıb

 

Azərbaycanda 2026-cı ilin ilk yarısında qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd hallarının sayı 26% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin altı aylıq hesabatında qeyd olunub. 

Yanvar-iyunda bu kateqoriya üzrə 92 cinayət qeydə alınıb. Ötən ilin eyni dövründə isə belə hadisələrin sayı 73 olub.

İlin ilk altı ayında 15 420 cinayət qeydə alınıb. Bu, 2025-ci ilin müvafiq dövründəki 17 049 hadisə ilə müqayisədə 9,6% azdır.

Qəsdən sağlamlığa ağır zərər vurma halları da artıb. Belə cinayətlərin sayı 120-dən 126-ya yüksəlib ki, bu da 5% artım deməkdir.

Əzab vermə cinayətləri üzrə də artım qeydə alınıb. Belə hallar 13-dən 16-ya yüksələrək 23,1% artıb.

Ümumilikdə şəxsiyyət əleyhinə cinayətlərin sayı 2 850-dən 2 863-ə yüksəlib. Bu, 0,5% artım deməkdir.

Digər əsas cinayət kateqoriyalarında isə azalma qeydə alınıb. İqtisadi sahədə cinayətlərin sayı 17,6%, oğurluq 11,5%, dələduzluq 16,8%, quldurluq isə 44,2% azalıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb