Image

Bakıda 51 nömrəli avtobus 3 avtomobillə toqquşub, yaralananlar var

 

Bakının Nizami rayonunda 51 nömrəli marşrut avtobusu idarəetmədən çıxaraq 3 minik avtomobili ilə toqquşub, daha sonra hasara çırpılıb. Bu barədə Avtosfer saytı məlumat yayıb. 

Qəza Mehdi Abbasov küçəsində baş verib.

“Bus Trans” MMC-yə məxsus avtobus əvvəlcə üç minik avtomobili ilə toqquşub, daha sonra SOCAR-ın Təlim və Tədris Mərkəzinin hasarına çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində bir neçə nəfər yaralanıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb