Azərbaycanda ən çox doğum Lənkəran-Astarada qeydə alınıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyununda ən çox doğum Bakıdan sonra Lənkəran-Astara iqtisadi rayonunda qeydə alınıb - burada 4 671 uşaq dünyaya gəlib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə ölkə üzrə ümumilikdə 40 798 uşaq doğulub. Bakıda 8 107 doğum qeydə alınıb və paytaxt ölkə üzrə doğumların təxminən 20 faizini təşkil edib.
Lənkəran-Astaradan sonra ən çox doğum Qarabağ iqtisadi rayonunda - 3 616, Mərkəzi Aranda - 3 150, Qazax-Tovuzda - 2 902 olub.
Digər iqtisadi rayonlarda doğum sayı belə olub:
Şəki-Zaqatalada 2 486, Quba-Xaçmazda 2 449, Mil-Muğanda 2 382, Şirvan-Salyanda 2 192, Gəncə-Daşkəsəndə 2 141, Abşeron-Xızıda 2 092, Dağlıq Şirvanda 1 629, Naxçıvanda 1 495, Şərqi Zəngəzurda isə 1 486.
Rayonlar üzrə ən yüksək göstəricilərdən biri Cəlilabadda - 1 318 doğum olub. Abşeron rayonunda 996, Ağdamda 897, Lənkəranda 867, Qubada 817, Tovuzda isə 812 uşaq doğulub.
Eyni dövrdə Azərbaycanda 30 625 ölüm halı qeydə alınıb. Nəticədə ölkədə təbii artım 10 173 nəfər təşkil edib.
Rayon və şəhərlər üzrə ən az doğum Xankəndi şəhərində qeydə alınıb - 2026-cı ilin ilk altı ayında burada cəmi 8 uşaq dünyaya gəlib. Aşağı göstəricilər həmçinin Neftçala rayonunda - 23, Xocalı rayonunda -97 doğum kimi qeydə alınıb.
Gülnar Nazimqızı
Mənbə: anews.az