Image

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə dəstəyə görə Azərbaycan və digər ölkələrə təşəkkür edib.

Zelenski bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O, Ukraynanın müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə ölkəsini xatırlayan dövlətlərə minnətdarlığını bildirib və hər bir dəstək jestinin əhəmiyyətini vurğulayıb.

"Ukrayna və ukraynalıları düşündüyünüz üçün minnətdarıq", - Zelenski yazıb.

Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb.

Mənbə: anews.az

Xəbər lenti

Cəlilabadda zəlzələ olub