Image

Robert Köçəryan iki aylıq həbs qətimkan tədbiri ilə həbs edilib

 

Ermənistanın ikinci prezidenti Robert Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sözçüsü Marina Ohancanyan məlumat verib.

Onun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müstəntiqin vəsatətini tam təmin edib və Robert Köçəryan barəsində həbs qətimkan tədbirinin tətbiqinə qərar verib.

Məhkəmə hakim Sarqis Dadoyanın sədrliyi ilə Köçəryanın həbsi ilə bağlı vəsatətə baxıb.

 Robert Köçəryan bundan əvvəl səhhətinin pisləşməsi səbəbilə həkimlərin göstərişi ilə xəstəxanaya aparılıb. Bu səbəbdən məhkəmədə onun iştirakı olmadan istintaq hərəkətləri davam etdirilib.

Köçəryan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

Baş nazir Nikol Paşinyan daha əvvəl hüquq-mühafizə orqanlarına Robert Köçəryan və Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla bağlı tədbirlər görülməsi barədə tapşırıq verib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Cəlilabadda zəlzələ olub