Image

“AİD Group”un təsisçisi Nigar Fərhad saxlanılıb

 

“AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi və aparıcısı Nigar Fərhad çoxsaylı vətəndaş şikayətləri əsasında saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Nigar Fərhad artıq başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün gün ərzində məhkəməyə təqdimat veriləcəyi gözlənilir. Hazırda məsələ ilə bağlı yekun qərar qəbul edilməyib.

Şirkətin fəaliyyəti ilə bağlı şikayətlərin sayı artmaqda davam edir. Əksəriyyəti tələbə olan şikayətçilər xaricdə təhsil almaq üçün şirkətə ödədikləri pulları geri ala bilmədiklərini bildirirlər.

Bundan əvvəl “AİD Group”un faktiki rəhbəri və Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə də eyni məsələ ilə bağlı başlanmış cinayət işi çərçivəsində həbs edilib.

Hazırda istintaq davam edir.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Cəlilabadda zəlzələ olub