İlham Əliyev Maya Sanduya təbrik məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə moldovalı həmkarı Maya Sanduya təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda İlham Əliyev Maya Sandunu və onun simasında Moldova xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edib.
Prezident Azərbaycan-Moldova münasibətlərinin ənənəvi dostluq və əməkdaşlıq əsasında inkişaf etməsindən məmnunluğunu ifadə edib.
İlham Əliyev xalqların iradəsinə uyğun olaraq iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylərin davam etdiriləcəyinə əminliyini bildirib.
Azərbaycan Prezidenti Maya Sanduya möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar, Moldova xalqına isə əmin-amanlıq və rifah arzulayıb.
Mənbə: anews.az