Image

Son altı ayda ölkədə necə nigah müqaviləsi bağlanıb? - rəsmi

 

Azərbaycanda 2026-cı ilin ilk 6 ayında 110 nikah müqaviləsi bağlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% çoxdur. 2025-ci ilin ilk yarısında ölkədə 93 nikah müqaviləsi bağlanıb. Bu barədə Ədliyyə Nazirliyi Anews.az-ın sorğusuna cavabında məlumat verib.

Nazirlikdən bildirilib ki, 2024-cü ildə ölkə üzrə 176, 2025-ci ildə isə 211 nikah müqaviləsi bağlanıb.

Bu ilin ilk yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 19 224 nikaha daxilolma qeydə alınıb. 2025-ci ilin ilk 6 ayında isə bu göstərici 19 775 olub. Beləliklə, nikahların sayı illik müqayisədə 551 və ya 2,8% azalıb.

2025-ci il ərzində Azərbaycanda ümumilikdə 48 546 nikah qeydə alınıb.

Nikah müqaviləsi nikaha daxil olan şəxslərin nikah dövründə və nikah pozulduqda əmlak hüquq və vəzifələrini müəyyən edən sazişdir. Müqavilə nikahdan əvvəl və ya nikah dövründə bağlana bilər.

Sazişdə ər-arvadın mövcud və gələcək əmlakına dair hüquq və vəzifələri, ailə xərclərində iştirakı, gəlirlərdə iştirak və nikah pozulduqda əmlakın bölüşdürülməsi ilə bağlı şərtlər müəyyən edilə bilər.

Nikah müqaviləsi ər-arvadın şəxsi qeyri-əmlak münasibətlərini, eləcə də uşaqlarla bağlı hüquq və vəzifələrini tənzimləmir.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Cəlilabadda zəlzələ olub