Image

Bakıda kişi yemək yeyərkən boğazını bıçaqla deşib, ölüb

 

Bakıda 61 yaşlı kişi yemək yeyərkən boğazında ət tikəsi qaldığı üçün özünə xəsarət yetirib və nəticədə ölüb. Bu barədə qafqazinfo məlumat verib. 

Hadisə bu gün saat 01 radələrində Sabunçu rayonunun Bülbülə qəsəbəsində baş verib.

1965-ci il təvəllüdlü Natiq Allahverdiyev yemək yeyərkən boğazında ət tikəsinin qalması səbəbindən boğulmağa başlayıb. O, nəfəs almaq üçün boğazını bıçaqla deşib.

Nəticədə kişi boğaz nahiyəsində yaranan qanaxmadan ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Cəlilabadda zəlzələ olub