Image

Azərbaycanda 7 ayda 27 mindən çox uşağa reabilitasiya xidməti göstərilib

 

Azərbaycanda bu ilin yanvar-iyulunda Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində 27 345 uşağa xidmət göstərilib.

Onlardan 1 317-si əlilliyi olan uşaqlar olmaqla stasionar, 16 442-si isə ambulator reabilitasiya xidmətlərinə cəlb edilib. Digər uşaqlara icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətləri göstərilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Əlilliyi olan uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, həmçinin Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində xidmətlərlə təmin edilirlər.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Cəlilabadda zəlzələ olub