İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçiriləcək
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşə dəqiqələr qalıb.
Görüş Qırğızıstanın paytaxtı Bişkekdə keçirilir. Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün bu gün Qırğızıstana işgüzar səfərə gəlib.
Görüşün gündəliyi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Azərbaycan və Ermənistan liderlərinin görüşü tərəflər arasında sülh prosesinin davam etdiyi bir vaxtda baş tutur. Avqustun 8-də Paşinyan Əliyevə telefonla zəng edib. Tərəflər Vaşinqtonda əldə olunmuş razılaşmalar çərçivəsində TRIPP marşrutunun həyata keçirilməsi və regionda davamlı sülh, sabitlik, bağlantı və iqtisadi əməkdaşlığın təmin edilməsi məsələlərini müzakirə ediblər.
Gülnar Nazimqızı
Mənbə: anews.az