Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Azərbaycanın Ankaradakı yeni fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovun etimadnaməsini qəbul edib.
Aslanov etimadnaməsini Türkiyə Prezidentinə təqdim edib.
Rəşad Aslanov bundan əvvəl Azərbaycanın İtaliyada, San Marinoda və Maltada səfiri, həmçinin Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu yanında daimi nümayəndəsi vəzifələrində çalışıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 24-də R.Aslanovun Türkiyədə fövqəladə və səlahiyyətli səfir təyin edilməsi barədə sərəncam imzalayıb.
Mənbə: anews.az