Image

Şəkidə istirahət mərkəzində kanat qırılıb, 2 nəfər ölüb - Yenilənib

“Şəki Yaylası” istirahət mərkəzində kanatın trosunun qırılması nəticəsində iki nəfərin ölməsi ilə bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.Bu barədə “Report” xəbər verir.

Hadisə Baş Kəldək kəndi ərazisində baş verib. Trosun qırılması nəticəsində iki nəfər hündürlükdən düşərək ölüb.

***

Şəkidə istirahət mərkəzində kanatın trosunun qırılması nəticəsində iki nəfər ölüb.

“Report”un məlumatına görə, sentyabrın 8-də saat 14:50 radələrində Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” istirahət mərkəzindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və iki kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

İlkin məlumata görə, kanatın trosunun qırılması nəticəsində iki nəfər yüksəklikdən düşüb.

Ölənlərdən birinin 1996-cı il təvəllüdlü, Qax rayonunun Zərnə kənd sakini Coşqun Ceyhun oğlu Məmmədov olduğu bildirilir. Məlumata görə, o, istirahət məqsədilə Bakıdan Şəkiyə gəlib.

Mənbə: anews.az

Xəbər lenti