ABŞ qüvvələri Xarq adası yaxınlığında İran tankerini vurub
İranın Xarq adası yaxınlığında neft tankeri ABŞ qüvvələrinin raket zərbəsinə məruz qalıb.Bu barədə "Tasnim" məlumat yayıb.
Məlumata görə, tankerə ABŞ qüvvələri tərəfindən raket zərbəsi endirilib. Hücum nəticəsində ölən və ya yaralanan olmayıb, tankerin heyətinin təxliyəsinə başlanılıb.
Hadisə nəticəsində gəmiyə dəyən zərərin həcmi və hücumun digər təfərrüatları araşdırılır.
Bundan əvvəl İranın liman şəhəri Caskda da partlayış səslərinin eşidildiyi bildirilib.
Mənbə: anews.az