Azərbaycan XİN Şimali Koreyanı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Koreya Xalq Demokratik Respublikasının xalqını və hökumətini Milli Günü münasibətilə təbrik edib. Nazirlik bu barədə “X” sosial media hesabında paylaşım edib.
“Milli Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının xalqını və hökumətini səmimi qəlbdən təbrik edirik!”, - paylaşımda deyilir.
Şimali Koreyanın Milli Günü hər il 9 sentyabrda qeyd olunur. Ölkə bu tarixdə 1948-ci ildə Koreya Xalq Demokratik Respublikasının yaradılmasını qeyd edir.
Mənbə: anews.az