Image

Azərbaycanın iqtisadiyyatı 8 ayda 1,2% artıb

Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 2026-cı ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 87,71 milyard manat təşkil edib, Dövlət Statistika Komitəsinin məlumatları göstərib.

Hesabat dövründə qeyri-neft-qaz sektorunda ÜDM 2,1% artaraq 61,53 milyard manata çatıb. Neft-qaz sektorunda isə əlavə dəyər 0,8% azalaraq 26,18 milyard manat olub.

Yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatında artım 1,4%, qeyri-neft-qaz sektorunda 2,2% təşkil etmiş, neft-qaz sektorunda isə 0,6% azalma qeydə alınmışdı.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti