Image

Xəzərdə su səviyyəsinin azalması limanlar üçün yeni çağırışlar yaradır- Sədr

Beynəlxalq ticarət marşrutlarının dayanıqlılığı üçün limanlar arasında koordinasiyanın gücləndirilməsi və yeni həllərin tətbiqi zəruridir. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə”nin (AQEM – CICA) çərçivəsində keçirilən liman rəhbərlərinin konfransında bildirib.

O qeyd edib ki, beynəlxalq ticarət marşrutları boyunca yaranan gərginlik və münaqişələr də limanlar arasında daha sıx əməkdaşlığın qurulmasını zəruri edir.

Rüstəmovun sözlərinə görə, bu istiqamətdə uzlaşdırılmış investisiyalara, rəqəmsal dəhlizlərin yaradılmasına və sərhədkeçmə prosedurlarının sadələşdirilməsinə xüsusi diqqət yetirilməlidir.

“Eyni zamanda, daha təhlükəsiz və dayanıqlı liman əməliyyatları üçün həll yollarını bölüşməliyik”, - ADY sədri vurğulayıb.

Aytac

Mənbə: anews.az

Xəbər lenti