Image

Orta Dəhlizdə əsas problemlər açıqlanıb

 

Orta Dəhliz üzrə dayanıqlı yük axınının təmin edilməsi üçün dəmir yolu, konteyner təminatı, donanma və koordinasiya sahəsindəki problemlər həll olunmalıdır. Bunu “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli CICA çərçivəsində Bakıda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, dəmir yolu sektorunda hərəkət tərkibinin çatışmazlığı və vaqonların limanlarda uzun müddət gözləməsi gecikmələrə və səmərəliliyin azalmasına səbəb olur. Qazaxıstanda dəmir yolunun bir hissəsinin elektrikləşdirilməməsi də daşınma xərclərinə təsir göstərir.

Həsənli bildirib ki, bu problemlərin həlli üçün vaqon dövriyyəsinin artırılması, hərəkət tərkibinin genişləndirilməsi və ADY ilə “Gürcüstan Dəmir Yolları” arasında ortaq İT platformasının yaradılması planlaşdırılır.

O, həmçinin boş konteynerlərin şərq istiqamətində geri qaytarılması və ixtisaslaşdırılmış konteyner gəmilərinin çatışmazlığını əsas problemlər sırasında göstərib. Bu istiqamətdə ixrac yüklərinin konteynerləşdirilməsi və konteyner donanmasının genişləndirilməsi təklif olunur.

Aytac

Mənbə: anews.az

Xəbər lenti