Paşinyan: "Bir ay ərazində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq"
"Azərbaycanla sülh müqaviləsinin mətnində son ştrixlərə düzəlişlər edilməlidir, bundan sonra sənəd imzalana bilər". BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə bildirib. O qeyd edib ki, sülh müqaviləsi layihəsinin mövcud mətni kifayət qədər yetkindir. "Bir ay ərazində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq", - deyə o vurğulayıb. BAKU.WSMənbə: baku.ws