Image

Zaxarova Vaşinqtonun yeni sanksiyalarına münasibət bildirib

Zaxarova Vaşinqtonun yeni sanksiyalarına münasibət bildirib

ABŞ-ın hərəkətləri cavabsız qalmayacaq.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a Vaşinqtonun Rusiyaya tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirərkən deyib.

“Həmişə olduğu kimi, Rusiya ABŞ-ın aqressiv hərəkətlərini cavabsız qoymayacaq”, - o deyib.

Qeyd edək ki, ABŞ Ukraynadakı hərbi əməliyyatla əlaqədar Rusiya və Çindən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti