Image

Şahzadə Harri ilə Meqan Markl saraya qayıdır? - FOTO

Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın yenidən saraya qayıtmaq istədiyi bildirilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə kral ailəsinə yaxın mənbələr məlumat yayıb.

Qeyd edilib ki, Markl bəzi şərtləri yerinə yetirilsə yenidən Bakinqəm sarayına qayıdacaq.

O bunun üçün həyat yoldaşı Harri ilə yaşaya biləcəyi ev və güclü mühafizə sistemi tələb edib. Əgər Marklın bu dedikləri təmin olunarsa, daha sonra o ABŞ-dan iki azyaşlı övladını da İngiltərəyə gətirəcək. 

Xatırladaq ki, Meqanla Harri 2020-ci ildə Bakinqəm sarayından ABŞ-yə köçərək orada yaşamağa başlayıblar.

Onlar "Netflix" və "Spotify" kimi nəhəng şirkətlərlə müqavilələr imzalayaraq gəlirlərini bununla təmin etməyi düşünmüşdülər. Lakin iş birliyi uğursuz olduğundan onların bu arzusu həyata keçməmişdi. 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti