Image

Yevlaxda yük maşınları toqquşub, xəsarət alan var

Yevlaxda iki yük maşınının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Yevlax şəhərindən keçən hissəsində, dairəvi yolda olub.

Çuğundur yüklü yük maşını minik avtomobillərinin daşınması üçün nəzərdə tutulan digər yük maşını ilə toqquşub.

Qəza nəticəsində 1981-ci il təvəllüdlü Ramil Allahverən oğlu Firidunov ağır xəsarət alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq