Image

Formula-1-ə görə Bakıda bəzi parklanma məntəqələri fəaliyyətini dayandıracaq

Bakıda keçiriləcək “Formula 1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar şəhərin mərkəzi küçələrindəki bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məhdudiyyət sentyabrın 20-dən 29-dək qüvvədə olacaq.

AYNA sürücüləri parklanma zamanı ərazilərdəki müvafiq nişanlara diqqət yetirməyə və məhdudiyyət tətbiq olunan yerlərdə nəqliyyat vasitələrini saxlamamağa çağırıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq