Image

Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var

Cəlilabadda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

“VAZ-21099” və “Toyota Prius” markalı minik avtomobilləri toquşub.

Daha sonra zərbənin təsirindən “Toyota Prius”  “VAZ-2107” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1960-cı il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü Sənan Diniyev və Kənan Diniyevdir.

Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın təfərrüatları ilə bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq