Image

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Xankəndi, Ağdərə və Xocalı şəhər günləri münasibətilə sentyabrın 20-də Xankəndidə keçirilən tədbirlər atəşfəşanlıqla başa çatıb.

Tədbirlər çərçivəsində konsert proqramı təşkil olunub. Konsertdən sonra Xankəndi səmasında atəşfəşanlıq nümayiş etdirilib.

Xankəndi, Ağdərə və Xocalı şəhər günləri ilə bağlı tədbirlər bu ərazilərin tarixi və mədəni irsinin, habelə aparılan bərpa-quruculuq işlərinin təqdim edilməsi məqsədi daşıyır.

 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq