Image

Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sentyabrın 21-də saat 09:00-dan etibarən Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Baloğlan Bağırov küçəsinin bir hissəsində təmir işlərinə başlanılacaq.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Təmir işləri Baloğlan Bağırov küçəsinin Məhəmmədəli Şəfai küçəsi ilə kəsişməsindən Səyyarə Zeynalova küçəsinə qədər olan hissəsini əhatə edəcək.

İşlərin gedişindən asılı olaraq həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

AAYDA sürücülərə mümkün nəqliyyat sıxlığının qarşısını almaq üçün alternativ yollardan istifadə etməyi tövsiyə edib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq