Image

Şəhərdəki tıxacları hələ də həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidir - deputat

 

Deputat Arzuxan Əlizadə şəhərdə nəqliyyat sıxlığının və tıxacların vətəndaşların gündəlik həyatına ciddi təsir etdiyini bildirib.

O, Milli Məclisdə çıxışı zamanı tıxacların xüsusilə vətəndaşların işə gecikməsinə səbəb olduğunu qeyd edib.

“Şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir. Çox ciddi surətdə vətəndaş narahatlığına səbəb olur. Gecikmələr, xüsusilə də iş yerlərinə gecikmələr bir çox hallarda vətəndaşla işəgötürən arasında da müəyyən problemlərə səbəb olur”, - Əlizadə deyib.

Deputat tıxac probleminin aidiyyəti qurumların diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq