Image

Ceyhun Bayramov Burkina Faso XİN rəhbəri ilə əməkdaşlıq potensialını müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Burkina Faso xarici işlər və regional əməkdaşlıq naziri Karamoko Jan Antalya Diplomatik Forumunda görüşüb.

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "X" sosial media hesabında yazıb.

"Görüşdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi potensialı, qarşılıqlı səfərlərin əhəmiyyəti, BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb", - nazir qeyd edib.

Məqaləyə dair fotomateriallar:

Xəbər lenti

İrem ana olacaq - FOTO