Image

Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək

Bu gün Koreya Respublikasında BMT-nin Ətraf mühit proqramı (UNEP) tərəfindən təşkil olunmuş Ümumdünya Ətraf mühitin Mühafizəsi günü keçirilir.

Gundem.az Trend-ə istinadən xəbər verir ki, Ümumdünya Ətraf mühitin Mühafizəsi Günü ilə bağlı tədbirlər çərçivəsində estafetin təntənəli şəkildə Azərbaycana ötürülməsi baş tutacaq.

Belə ki, məhz Azərbaycan 2026-cı ildə bu qlobal tədbirə ev sahibliyi edəcək.

Qeyd edək ki, 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ətraf mühitin qorunmasına həsr olunmuş ən mühüm beynəlxalq gündür. 1973-cü ildən etibarən hər il BMT-nin Ətraf Mühit Proqramının rəhbərliyi ilə keçirilən bu Gün çərçivəsində təşkil olunan tədbirlər planetin qorunması işində milyonlarla insanın iştirak etdiyi ən böyük qlobal ekoloji platformaya çevrilib.

Xəbər lenti