Image

Alla Puqaçova bu ölkədə görüntüləndi: Fanatları görün nə etdi - FOTO

Rusiyanın Xalq artisti Alla Puqaçova Yurmalada (Latviya) gəzinti zamanı onunla foto çəkdirmək istəyən insanlarla görüşüb.

Gundem.az xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan fotoda ifaçının parlaq təbəssümü və əla əhval-ruhiyyəsi əks olunub.

Dünyaya ölməz "Milyon ədəd qızıl gül" hiti bəxş edən müğənni hər yayı Yurmalada keçirməyə üstünlük verir. Bu il sənətçi yenidən əri və uşaqları ilə aylıq kirayəsi 100 min avroya başa gələn “Marta” villasında məskunlaşıb. Səkkiz otaqlı geniş ikimərtəbəli malikanə, spa kompleksi və tennis kortu ilə uzun müddətdir ailənin sevimli istirahət məkanına çevrilib. Villa sahilə yaxın ərazidə yerləşir və videomüşahidə sistemi ilə təchiz olunub.

Bir müddət əvvəl 76 yaşlı Puqaçova gəzinti zamanı pərəstişkarları ilə fotosessiyaya razılaşıb. Pərəstişkarları üçün bu, ələdüşməz bir şans idi.

Canlı Korifeyin görünüşü də diqqət mərkəzində olub: Əzəmətli görkəm, ifadəli makiyaj, parik, müasir kofta və cins şalvar.

Qeyd edək ki, müğənni təhlükəsizlik tədbirlərini artırıb. İndi onu əvvəllər olduğu kimi bir yox, iki cangüdən müşayiət edir. Divaya yaxın insanların dediyinə görə, o, hücum ehtimalından ciddi narahatdır. /Publika.az

Xəbər lenti

Arif Əzizov vəfat etdi