Image

Kolumbiyada mədəndə partlayış olub, ölənlər var

Kolumbiyada kömür mədənində baş verən partlayış nəticəsində altı mədənçi ölüb.Bu barədə "Blu Radio" xəbər verir.

Hadisə ölkənin Kundinamarka departamentinin Kukunuba şəhərindəki "El Porvenir 1" mədənində baş verib.

Hadisə zamanı yerin altında olan daha bir mədənçi səthə çıxmağa nail olub.

Məlumata görə, mədən Kolumbiyanın Milli Mədən Agentliyi tərəfindən bu yaxınlarda yoxlanılıb. Yoxlama zamanı təhlükəsizliklə bağlı problemlər aşkarlanıb və onların aradan qaldırılması tələb olunub.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Qubada zəlzələ olub