Image

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı beş nəfərə çatıb – Yenilənib

İndoneziyanın şərqində baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.Bu barədə Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru Emanuel Melkiades Laka Lena bildirib.

Onun sözlərinə görə, ölənlər zəlzələ zamanı uçan binaların dağıntıları altında qalıblar.

Zəlzələ nəticəsində yaşayış evləri, dövlət binaları və digər infrastruktur obyektlərinə ziyan dəyib. İlkin təkandan sonra bölgədə çoxsaylı afterşoklar qeydə alınıb.

***

İndoneziyanın şərqində baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində azı iki nəfər ölüb.Bu barədə “The Straits Times” məlumat yayıb.

Zəlzələ Flores adasının şimal sahillərində və ətraf ərazilərdə güclü yeraltı təkanlara səbəb olub. Ölənlərdən birinin kişi, digərinin isə qadın olduğu bildirilir.

Sakinlərə, xüsusilə Flores adasının şimal sahillərində, eləcə də cənub rayonları və adalarında təxliyə olunaraq sahildən uzaqlaşmaq tövsiyə edilib.

Zəlzələdən sonra sunami xəbərdarlığı elan olunub.

***

İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ qeydə alınıb.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 188 000 insanın yaşadığı Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə, episentri 35 km dərinlikdə yerləşib.

Yeraltı təkanlarla əlaqədar sunami xəbərdarlığı edilib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Qubada zəlzələ olub