Image

"Azəralüminium"un ixrac gəlirləri artıb

2025-ci ildə "Azəralüminium" MMC 151,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.Bu 2024-cü il ilə müqayisədə 15,7 milyon ABŞ dolları və yaxud 11,6 % çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalında qeyd olunub.

Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 8,1 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.

 “Azəralüminium” 2018-ci ildə yaradılıb, onun nizamnamə kapitalı isə 282,244 milyon manatdır. 

Aytac

 

Xəbər lenti

Baş nazir iclas keçirib