Image

“WhatsApp”da möhtəşəm yenilik: Mesajlarla bağlı əla funksiya gəlir - FOTO

“WhatsApp”da istifadəçilər üçün möhtəşəm yeniliklər gəlir. Belə ki, artıq digər tətbiqlərdən gələn ismarışları burdan da oxumaq mümkün olacaq.

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Bildirilir ki, beta versiyasının istifadəçiləri “WhatsApp”da mesencerin “Telegram” və digər xidmətlərlə əlaqələndirilməsi bölməsini aşkarlayıblar.

“2.24.6.2 nömrəsi altında “Third-party chats” (Üçüncü tərəf çatları) adlı menyu aşkar edilib”, - deyə xəbərdə bildirilir.

Məlumata görə, bölmədə iki düymə görünüb: “Söndürmək” və “Seçilmiş proqramlar”.O da vurğulanır ki, “WhatsApp” üçüncü tərəfin çatlarını birləşdirməyəcək - gələn mesajlar ayrıca siyahıda göstəriləcək.

Yeniliyin nə vaxt hər kəs üçün əlçatan olacağı açıqlanmayıb.//oxu.az

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Çində zəlzələ olub

Bitkoin bahalaşıb