Image

Rusiya Qara dənizdə 2 yük gəmisini vurub

Rusiya qoşunları Qara dənizdə iki yük gəmisinə PUA-larla zərbə endirib.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, zərbələr quru yük və konteyner tipli gəmilərə endirilib.

“Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun maraqları naminə istifadə olunan dəniz gəmilərinə və liman infrastrukturu obyektlərinə zərbələr endirməyə davam edir”, - məlumatda bildirilib.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, gün ərzində Qara dənizdə PUA-larla silah və döyüş sursatı daşıdığı bildirilən quru yük gəmisi, həmçinin hərbi-texniki əmlak daşıyan konteyner gəmisi vurulub.

Mənbə: anews.az

Xəbər lenti