Image

Cəlilabadın 44 yaşayış məntəqəsində işıq olmayacaq

Cəlilabad rayonunun 44 yaşayış məntəqəsində sentyabrın 4-də elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Report”un məlumatına görə, fasilə yararsız elektrik naqillərinin yenilənməsi ilə əlaqədar olacaq.

Elektrik enerjisinin verilişi saat 10:00-dan 13:00-dək dayandırılacaq.

Bu müddətdə rayonun 44 yaşayış məntəqəsində 8 033 abonentin(Kövüzbulaq, Zəhmətabad, Edişə Musalı, Ləkin, Əsədli, Şatırlı, Badamağac, Buravar, Qarakazımlı, Dələli, Moranlı, Sarxanlı, Zərbəli, Mikayıllı, Qarğılı, Təklə, Abazallı, Babalı, Boyxanlı, Məlikqasımlı, Məşədilər, Dostallı, Novruzallı, Şötüklü, Yusifli, Cəngan, Ağusəm, Çinar, Fərəcullalı, Ləzran, Soltankənd, Tahirli, Cəlayir, Lallar, Mirzəli, Xanəgah, Çəmənli, Pərdi, Türkelli, Şorbaçı, Mədətli, Məmmədrzalı və Şükürlü kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.

Mənbə: anews.az

Xəbər lenti