İran BƏƏ və Küveytdəki ABŞ bazalarına zərbə endirib
İran Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytdəki ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.Bu barədə IRNA İranın hərbi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, İran Silahlı Qüvvələri Küveytdəki Əhməd əl-Cabir aviabazasında ABŞ qüvvələrinə məxsus peyk rabitəsi sistemlərini, avadanlıq anbarlarını və qırıcı təyyarələrin yerləşdiyi aerodromları hədəfə alıb.
IRNA-nın məlumatına görə, zərbələr nəticəsində rabitə sistemlərinə və aerodromlara ziyan dəyib.
Mənbə: anews.az