Image

Norveçin səfiri Rusiya XİN-ə çağırılıb

Norveçin Rusiyadakı səfiri Heidi Olufsen “Professor Molçanov” gəmisinin saxlanılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.Bu barədə Rusiya XİN-in saytında yayılan bəyanatda bildirilib.

Məlumata görə, Rusiya tərəfi gəminin saxlanılması ilə bağlı Norveçə etirazını bildirib və onun azad edilməsinə çalışacağını bəyan edib.

Rusiya XİN-in iddiasına görə, “Professor Molçanov” Şimali Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsinə məxsusdur və “Arktikuqol” trestinin əməkdaşları ilə alimlərin Murmanskdan Rusiyanın Barentsburq qəsəbəsinə çatdırılması üçün planlı reys həyata keçirib.

Mənbə: anews.az

Xəbər lenti