Image

Bu ərazilərdə işıq olmayacaq

Sabah Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından çıxan 35 kV-luq “Hamarat” hava xəttində təmir işləri aparılacaq.Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Lerikin Bürsülüm, Əliabad, Hamarat, Rvarud, Veri kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Baş nazir iclas keçirib