Image

İraq neft ixracını bərpa etməyə hazırlaşır

İraq Neft Nazirliyi ölkənin bütün yataqlarından neft ixracının yaxın bir neçə gün ərzində bərpa olunacağını açıqlayıb.

Bu barədə "Reuters" nəşri məlumat verib.

"Energetika sahəsindəki dörd mənbə bildirib ki, İraq Hörmüz boğazı vasitəsilə gəmiçilikdə yaranan problemlər səbəbindən bir aydan çox davam edən fasilədən sonra ölkənin cənubundan neft ixracını bərpa edib", - deyə nəşr bildirib.

Qeyd edək ki, İraq mart ayında Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının blokadası səbəbindən neft hasilatını 60%-ə qədər azaldıb. Yanacağın təhlükəsiz şəkildə daşınmasının mümkünsüzlüyü səbəbindən əsas marşrutlar üzrə ixrac dayandırılmışdı

Xəbər lenti

Faktiki hava açıqlanıb

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı

SEPAH Hörmüzü bağladı