Image

Kapital Bank 2025-ci ildə xalis mənfəətini 15% artırıb

Kapital Bank 2025-ci ili 274.56 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 15% çoxdur. Bunu bankın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev çərşənbə günü mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, bankın 2025-ci il üzrə konsolidə edilmiş faiz gəlirləri 1.174 milyard manata çatıb. Bu göstərici 2024-cü illə müqayisədə 31% artım deməkdir.

Mirzəyev bildirib ki, artım əsasən korporativ, kiçik və orta biznes, eləcə də pərakəndə müştərilərin sayının artması ilə bağlı olub.

Gülnar Nazimqızı

Xəbər lenti