Image

Azərbaycanda ilk dəfə sindikat krediti Kapital Banka ayrılıb

 

Kapital Bank 2025-ci ildə 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit cəlb edib. Bunu bankın İdarə Heyətinin sədri Fərid Hüseynov 2025-ci illə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il bankın tarixində ilk dəfə sindikatlaşdırılmış kredit sazişi imzalanıb.

 Körfəz regionunun aparıcı banklarından olan “Mashreq Bank”la əməkdaşlıq çərçivəsində Kapital Bank bu vəsaiti cəlb edib.

Hüseynov qeyd edib ki, bank ötən il həmçinin Özbəkistanın ən böyük IT ekosistemlərindən biri ilə tərəfdaşlığa başlayıb. Bu çərçivədə “Uzum” ekosisteminə daxil olan “MAKESENSE” şirkətinə 22 milyon ABŞ dolları məbləğində sindikat krediti ayrılıb.

Onun sözlərinə görə, bu əməkdaşlıq Kapital Bankın tarixində beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə ayrılan ilk sindikat krediti olub.

Gülnar Nazimqızı

Xəbər lenti