Zelenski Ukraynaya yardıma görə İlham Əliyevə təşəkkür edib
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın Ukraynaya 11 humanitar yardım paketi göndərdiyini bildirərək buna görə Prezident İlham Əliyevə təşəkkür edib.
Zelenski bunu Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən birgə mətbuat konfransında deyib.
O, həmçinin Azərbaycanda reabilitasiya və dəstək proqramlarına cəlb olunan ukraynalı uşaqlara göstərilən yardımı yüksək qiymətləndirib.
“500-dən çox ukraynalı uşaq burada dəstək alıb. Onlar cəbhəyanı bölgələrdən gəlib və müharibənin ağır nəticələri ilə üzləşiblər. Bu yardıma görə minnətdarıq”, – Zelenski bildirib.