Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
Sea Breeze Monteneqronun “Portonovi” kurort kompleksində yeni layihənin icrasına 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır. Bunu layihənin təsisçisi Emin Ağalarov bildirib. “Portonovi növbəti Sea Breeze-in olacağı yerdir. Ümid edirik ki, gələn ilin əvvəlində orada işlərə başlayacağıq”, - Ağalarov deyib. Onun sözlərinə görə, Sea Breeze-in Azərbaycanda tətbiq etdiyi daşınmaz əmlak və turizm modeli müxtəlif miqyaslarda xarici bazarlara çıxarılacaq. Şirkət oxşar modeli “Sea Breeze Uzbekistan” layihəsində də tətbiq etməyi planlaşdırır. Ağalarov bildirib ki, Bakının şimalında yerləşən Sea Breeze layihəsinin ümumi ərazisi 18 kvadrat kilometrdir və indiyədək baş planda nəzərdə tutulan işlərin təxminən 10–15%-i həyata keçirilib. Layihənin qalan hissəsinin növbəti yeddi-səkkiz ildə tamamlanması planlaşdırılır. Yeni obyektlərin layihələndirilməsində Zaha Hadid Architects və Chapman Taylor daxil olmaqla beynəlxalq memarlıq şirkətləri iştirak edir. Gülnar Nazimqızı
Mənbə: anews.az