Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
Ukrayna Prezidenti Volodimir Zelenski səfər çərçivəsində Azərbaycanla 6 sənəd imzalandığını deyib.Bu barədə o, Azərbaycan və Ukrayna prezidentlərinin birgə mətbuata bəyanatı zamanı çıxışında bildirib.
Zelenski qeyd edib ki, imzalanmış sənədlər üzrə tərəflər arasında geniş fikir mübadiləsi aparılacaq.
Onun sözlərinə görə, əsas əməkdaşlıq istiqamətlərindən biri təhlükəsizlik və müdafiə sənayesidir:
“Birinci prioritet təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində Ukrayna müharibə şəraitində əldə etdiyi təcrübəni bölüşməyə hazırdır. Biz öz dayanıqlılığımızı göstərmişik və bu bilikləri Azərbaycan tərəfi ilə paylaşırıq. Artıq ekspertlərimiz Azərbaycandadır və azərbaycanlı həmkarlarına dəstək verirlər. Bu əməkdaşlığı davam etdirərək birgə istehsala keçməyi planlaşdırırıq”, – deyə Zelenski bildirib.